×
A
A
A
Sazlamalar

Futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Bakı, 28 fevral, AZƏRTAC

Futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a bildirilib ki, 35 yaşlı Amir Şojaei zədəli olması səbəbindən heyətdən çıxarılıb.
Qeyd edək ki, Bakıda təlim-məşq toplanışında olan Azərbaycan yığması martın 3-də Yunanıstan seçməsi ilə qarşılaşacaq. Qarşılaşma Bakı İdman Sarayında keçiriləcək.

İdman 2023-02-28 11:49:00