×
A
A
A
Sazlamalar

Argentinalı Emiliano Martinez FIFA-nın versiyasına görə 2022-ci ilin ən yaxşı qapıçısı seçilib

Bakı, 28 fevral, AZƏRTAC

İngiltərənin “Aston Villa” klubunda çıxış edən argentinalı dünya çempionu Emiliano Martinez Beynəlxalq Futbol Federasiyasının (FİFA) versiyasına görə 2022-ci ilin ən yaxşı qapıçısı seçilib.
AZƏRTAC xəbər verir ki, mərasim Parisdə keçirilir.
İlk üçlükdə İspaniya “Real”ının və Belçika millisinin qapıçısı Tibo Kurtua və “Sevilya”nın mərakeşli qolkiperi Yasin Bunu yer alıb.
Qeyd edək ki, Martinez Argentina millisinin birinci yeri tutduğu DÇ-2022-nin də ən yaxşı qapıçısı olub.
Qadın futbolunda isə ilin ən yaxşı qapıçısı “Mançester Yunayted”in ingilis üzvü Meri Earps olub.

İdman 2023-02-28 03:53:00