×
A
A
A
Sazlamalar

AFFA “Neftçi”nin şikayətini təmin etməyib

Bakı, 27 fevral, AZƏRTAC

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Gənclər Liqasında çıxış edən “Neftçi” klubunun şikayətini təmin etməyib.
AZƏRTAC AFFA-nın saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin “Neftçi”nin futbolçusu Oruc Məmmədov (4 oyun) və baş məşqçisi İlyas Qurbanova (5 oyun) verdiyi cəzalar qüvvədə saxlanılıb.
AFFA Region Liqasında mübarizə aparan "Difai" klubuna verilmiş 0:3 hesablı texniki məğlubiyyət cəzası isə ləğv edilib.

İdman 2023-02-27 17:41:00