×
A
A
A
Sazlamalar

Kahramanmaraşdakı Xocalı parkında soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 26 fevral, AZƏRTAC

Türkiyədə zəlzələ bölgəsində fəaliyyət göstərən Azərbaycan könüllüləri tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Azərbaycan Gənclər Fondundan AZƏRTAC-a bildirilib ki, Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar könüllü gənclərimiz Kahramanmaraş şəhərində salınmış Xocalı parkını və burada ucaldılan abidəni ziyarət edib, faciə qurbanlarının xatirəsini yad ediblər.
Daha sonra Azərbaycan könüllüləri tərəfindən Xocalı parkının ərazisində zəlzələ qurbanları üçün müvəqqəti salınmış çadır şəhərciyində təmizlik işləri aparılıb, yerli əhaliyə isti içkilər təqdim edilib, habelə uşaqlara şirniyyat paylanılıb.

Xocalı faciəsi 2023-02-26 23:12:00