×
A
A
A
Sazlamalar

Sağalmaz yaramız, sönməyəcək atəşimiz - Xocalı soyqırımı

Bakı, 26 fevral, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, mərkəzin əməkdaş və könüllüləri Mingəçevir Şəhidlər xiyabanını ziyarət edib, soyqırımı qurbanlarının xatirəsini hörmət və ehtiramla anıblar.
Daha sonra Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan görüş keçirilib.
Görüş Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Tutu Xanlarova, mərkəzin əməkdaşları və könüllülər görüş iştirakçılarına Xocalı faciəsi ilə bağlı ətraflı məlumat verib, erməni silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıblar.
Sonda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar hazırlanan videoçarx nümayiş etdirilib.
"Kino klubu"nda sağalmaz yaramız, sönməyəcək atəşimiz olan Xocalı soyqırımı ilə bağlı real faktlar əsasında çəkilən "Xoca" filmini izləyən gənclər ekran əsəri ilə bağlı təəssüratlarını bölüşüblər.
Sonda gənclər "İrəli" İctimai Birliyi tərəfindən çəkilən, Xocalıda törədilən soyqırımı aktından ətraflı şəkildə bəhs edən, faciənin canlı şahidi, soyqırımı zamanı bütün ailəsini itirən Mehdi Əliyevin təəssüratları fonunda həmin günün dəhşətlərini əks etdirən "Böyüməyən uşaqlar" filmini izləyiblər.

Xocalı faciəsi 2023-02-26 14:22:00