×
A
A
A
Sazlamalar

ADPU-da “Xocalıya ədalət!” kampaniyası çərçivəsində elektron aksiya keçirilib

Bakı, 25 fevral, AZƏRTAC

Səbail Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində elektron aksiya keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində ADPU-nun 30-a yaxın tələbəsi tərəfindən dünya ictimaiyyətinə Xocalı həqiqətlərini müxtəlif dillərdə əks etdirən elektron məktublar ünvanlanıb.
Aksiyada ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Səbail Rayonu Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva da iştirak ediblər.

Elm və təhsil 2023-02-25 12:58:00