Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərişıq” və “Azərenerji” birgə ağacəkmə aksiyası keçirib
Bakı, 23 fevral, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərişıq” və “Azərenerji” Açıq Səhmdar cəmiyyətlərinin rəhbərləri də başda olmaqla kollektivlərin 500-dək əməkdaşı ağacəkmə aksiyası keçiriblər.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, fevralın 23-də Bakının Xocəsən qəsəbəsinin 10 hektar ərazisində keçirilən aksiyada Abşeron yarımadasının iqliminə uyğun müxtəlif növdə 7 minədək ağac əkilib.
Keçirilən bu cür aksiyaların əsas məqsədi ağac əkilməsini təşviq edərək təbiətin mühafizəsinə, eləcə də sağlam ekoloji mühitin yaradılmasına töhfə vermək və Ulu Öndərin ənənələrini davam etdirməkdir.
Ölkə ərazisində yağan yağıntılar axşam saatlarından tədricən kəsilib
Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək – xəbərdarlıq
Bəzi rayonlarda hava şəraiti qeyri-sabit keçəcək
İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti