Seysmoloji Xidmət Mərkəzi tərəfindən AFAD-a 15 min manat yardım edilib
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 6-da qardaş Türkiyə Respublikasında baş verən güclü zəlzələ ilə bağlı keçirilən yardım kampaniyasına Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) kollektivi də qoşulub.
Bu barədə AZƏRTAC-a RSXM-nin İnformasiya şöbəsindən məlumat verilib.
AMEA nəzdində RSXM-nin kollektivi adından mərkəzin Həmkarlar Təşkilatı tərəfindən Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına 15 min manat yardım edilib.
Bundan başqa mərkəz əməkdaşları tərəfindən fərdi şəkildə də qardaş ölkəyə ehtiyac duyulan əşyalar və qida məhsulları ilə bağlı yardımların toplanılmasına dəstək verilib.
RSXM-nin kollektivi bir daha baş verən dəhşətli zəlzələ zamanı həyatını itirənlərlə bağlı qardaş ölkənin kədərini bölüşərək, zəlzələdən zərərçəkən yaralılara tezliklə sağlıqlarına qovuşmağı arzu edir və inanır ki, Azərbaycan-Türkiyə qardaşlığı sayəsində bu təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına tezliklə nail olunacaq.
Faktiki hava: Bəzi rayonlarda şimşək çaxıb, leysan xarakterli yağış yağıb
Sabah hava paytaxtda yağmursuz, bəzi bölgələrdə isə yağıntılı olacaq
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan yağıb
Sabah Bakıda və Abşeron yarımadasında 31 dərəcə isti olacağı gözlənilir
Ölkə ərazisində yağan yağıntılar axşam saatlarından tədricən kəsilib