×
A
A
A
Sazlamalar

“Azərbaycanda hidrometeoroloji və iqlim xidmətləri sahəsində potensialın artırılması” layihəsi çərçivəsində görüş keçirilib

Bakı, 23 fevral, AZƏRTAC

Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Azərbaycanda hidrometeoroloji və iqlim xidmətləri sahəsində potensialın artırılması” layihəsi çərçivəsində Fransanın su üzrə Beynəlxalq İdarəsinin, Litva Respublikasının Ətraf Mühit Nazirliyi və Hidrometeorologiya Xidmətinin nümayəndələrinin, eləcə də, Meteoroloji və Aviasiya üzrə hava müşahidələri, İqlim və Tədqiqatlar üzrə ekspertlərin iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə hidrometeorologiya və iqlim sahəsindəki xidmətlərin davamlı və effektiv təmin edilməsi üçün strateji, hüquqi və institusional bazanın gücləndirilməsi çərçivəsində Milli Hidrometeorologiya Xidmətinin struktur quruluşu, müvafiq dəyişiklikləri əhatə edəcək təkliflərin müzakirəsi həyata keçirilib.
Eyni zamanda, Avropa İttifaqının müvafiq mövzu üzrə meyarları, eləcə də, tələb və baxışları ətrafında fikir mübadiləsi aparılıb.

Ekologiya 2023-02-23 12:51:00