×
A
A
A
Sazlamalar

Enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələbləri təsdiq edilib

Bakı, 23 fevral, AZƏRTAC

Nazirlər Kabineti enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələblərini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, ekodizayn tələbi enerji istehlak edən və ya enerji istehlakına təsir edən avadanlığın, qurğu və cihazların ətraf mühitə təsirinə dair sənəddir və məhsulların ekoloji aspektləri barədə istehlakçıları məlumatlandırmaq məqsədi daşıyır.
Qərarda qeyd olunub ki, tələblərin tətbiq dairəsinə düşən enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar texniki reqlamentlərlə müəyyən edilir. Bundan irəli gələrək həmin istiqamətdə müvafiq reqlamentlərin hazırlanması ilə bağlı Energetika, İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.
Qərara görə, həmin tələblərə, habelə məhsulların bazara yerləşdirilməsinə nəzarət İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.

Ekologiya 2023-02-23 12:09:00