Ali məktəblərin tələbələri RSXM-də istehsalat təcrübəsi keçirlər
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Qərbi Kaspi Universitetinin “İnformasiya texnologiyaları” və Azərbaycan Texniki Universitetinin “Cihazqayırma mühəndisliyi” fakültəsinin tələbələri istehsalat təcrübəsi keçirlər.
Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, tərtib olunan istehsalat təcrübəsi planına əsasən tələbələr “Zəlzələlərin tədqiqatı büro”su və “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbələrində seysmik stansiyanın iş prinsipi, istifadə olunan cihaz və avadanlıqlarla, seysmik məlumatların emalında tətbiq olunan emal proqramları ilə tanış olurlar.
İstehsalat təcrübəsi 2023-cü il mayın 30-na qədər davam edəcək.
Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacaq
İyunun 3-ü gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək
Elçin Sultanov: “Qırmızı kitab”ın üçüncü nəşrinə 16 yeni quş növü salınıb
Sabah Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq
Mayın ikinci ongünlüyündə orta temperatur çoxillik iqlim normasından aşağı olub