×
A
A
A
Sazlamalar

Rəşad Nəbiyev: Tranzit yük daşımaların həcmi 57 faiz artıb

Bakı, 21 fevral, AZƏRTAC

2023-cü ilin yanvar ayı ərzində Azərbaycan üzərindən tranzit yük daşımalarının həcmi 843 min ton olub.
AZƏRTAC xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev məlumat verib.
O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 306 min ton və ya 57 faiz artım qeydə alınıb: “Daşınan yüklərin 535 min tonu dəmir yolları, 308 min tonu avtomobil daşımalarının payına düşüb”.

Nəqliyyat 2023-02-21 12:52:00