×
A
A
A
Sazlamalar

Dəniz nəqliyyatı ilə yükdaşıma artıb

Bakı, 21 fevral, AZƏRTAC
2023-cü ilin yanvar ayında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 564,7 min ton təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki ilin yanvar ayına nisbətən 26,7 faiz artıb.
Yüklərin 57,1 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 894,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 727,5 min tonunu və ya 81,4 faizini tranzit yüklər təşkil edib.
2023-cü il fevral ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 30,6 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin yanvar ayına nisbətən 88,9 faiz artaraq 1,7 min nəfər olub.

Nəqliyyat 2023-02-21 01:19:00