×
A
A
A
Sazlamalar

Dəmir yolu ilə yük və sərnişin daşınmasının həcmi artıb

Bakı, 20 fevral, AZƏRTAC

Yanvar ayında dəmir yolu nəqliyyatı ilə 1,5 milyon ton yük, 478,5 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin yanvar ayı ilə müqayisədə yük daşınmasında 19,8 faiz, sərnişin daşınmasında isə 55,4 faiz artım müşahidə olunub. Orta hesabla sutkada 356 vaqon yüklənib, 380 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,6 min ton, Qərb istiqaməti üzrə 2,6 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

Nəqliyyat 2023-02-20 15:36:00