Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülər cərimələniblər
Bakı, 17 fevral, AZƏRTAC
Qeyri-qanuni taksi fəaliyyəti və müntəzəm avtobus marşrutları üzrə sərnişin daşımaları hallarının qarşısının alınması, təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə Bakı Beynəlxalq Avtovağzal Kompleksi ətrafında reyd keçirilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, qurumun DİN əməkdaşları ilə birgə həyata keçirdiyi reyd respublikanın müxtəlif şəhər və rayonlarından biletsiz sərnişindaşımaya, avtovağzaldan kənar sərnişin daşımalarına qarşı aparılıb.
Qeyd edək ki, avtomobillərini yolun hərəkət hissəsində saxlayan sürücülər hərəkətin intensiv olduğu həmin ərazidə sıxlıq yaratmaqla ictimai asayişi kobud şəkildə pozurlar. Reyd zamanı qanunsuz sərnişindaşıma ilə məşğul olan bəzi sürücülər barəsində cərimə tətbiq olunub.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb