AZAL Parisə uçuşları bərpa edir
Bakı, 16 fevral, AZƏRTAC
Bu yaxınlarda "Azərbaycan Hava Yolları" aviaşirkəti Bakıdan Fransanın paytaxtı Parisə uçuşları bərpa edir.
AZAL-dan AZƏRTAC-a bildiriblər ki, cədvəldə həftədə 2 dəfə - çərşənbə axşamı və cümə günləri Bakıdan Parisə və əks istiqamətdə uçuşlar nəzərdə tutulub. İlk uçuş mayın 9-u həyata keçiriləcək.
Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi www.azal.az saytında tanış ola bilərsiniz.
Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb