×
A
A
A
Sazlamalar

Turp orqanizmi xərçəngdən və sürətli qocalmadan müdafiə edir

Bakı, 10 fevral, AZƏRTAC
Turp orqanizmin müdafiəsi üçün tərkibində çox faydalı maddələr olan ucuz ərzaqdır. Turp xüsusilə damar sisteminin və qan dövranının vəziyyətini yaxşılaşdıran C vitamini ilə zəngindir. C vitamininin kifayət qədər qəbulu orqanizmi sürətli qocalmadan müdafiə edir.
AZƏRTAC xəbər verir ki, həkim-diyetoloq, endokrinoloq Natalya Lazurenko “Moskva 24”ə müsahibəsində deyib: “Əgər biz sərbəst radikalların çıxarılması barədə danışırıqsa, o halda C vitamini yaşlanmaya qarşı müalicədə istifadə olunan ərzaqlardan biridir”.
Həkim əlavə edib ki, turpun tərkibində B qrupu vitaminləri də var. Həmçinin o, kükürdlə zəngindir. Bu mikroelement olmadan isə fəal uzunömürlülük mümkün deyil.
“Turpun tərkibindəki dəmir bir çox reaksiyalarda, o cümlədən qalxanvari vəzinin fəaliyyətində çevrilmə katalizatorudur. Yaş ötdükcə mübadilə prosesləri yavaş-yavaş yox olmağa başlayır. Turp azsaylı o ərzaqlardandır ki, uzunömürlülük bəxş edir”, - deyə N.Lazurenko bildirib.
Turp orqanizmin xərçəngin inkişafından da qorunmasına kömək edir. Həkimin sözlərinə görə, turpun tərkibində olan qlükorafanin orqanizmin hüceyrələrini bədxassəli şişlərin əmələ gəlməsi ilə assosiasiya yaradan mutasiya dəyişikliklərindən müdafiə edir.

Sağlamlıq klubu 2023-02-10 10:30:00