×
A
A
A
Sazlamalar

AAYDA hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb

Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti haqqında fevralın 9-na olan məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, məlumatda bildirilir:
- “ZƏFƏR yolu”: Qar yağır, 6-7 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi işləri ilə yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
- Toğanalı - Kəlbəcər - İstisu yolu: zəif qar yağır, hazırda yolun qardan təmizlənməsi işləri ilə yanaşı buzlaşmaya qarşı da müvafiq tədbirlər görülür və bu istiqamətdə işlər davam etdirilir. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 9-27 dərəcə şaxta müşahidə olunur. Yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən “Ömər aşırımı” istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
- Bakı - Quba yolu: Quba və Qusar rayonları ərazisində qar yağır, 6 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülür.
Xınalıq kəndi istiqamətində, yolun 26-38 kilometr hissəsində güclü qar yağır, yolda 20 sm qar var. Şaxta 12-14 dərəcə təşkil edir. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülür, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
-Giləzi - Xızı yolu: Zəif qar yağır, lakin güclü külək əsir. Xızı rayonu ərazisində 8-10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
-Bakı-Qobustan yolu : Gecə saatlarında Qobustan rayonu ərazisinə qar yağıb, hazırda isə yağıntı yoxdur, 7-8 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı tədbirlər görülür, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
-Qobustan - Şamaxı - Muğanlı yolu : Şamaxı rayonu ərazisində zəif qar yağır, 3-4 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
- Muğanlı - Ağsu - Yevlax yolu : Muğanlı ərazisində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
- Muğanlı - İsmayıllı yolu: Gecə saatlarından başlayaraq qar yağır, 3-4 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
-İsmayıllı - Qəbələ - Oğuz- Şəki yolu: Zəif qar yağır, yolda qar yoxdur, İsmayıllı və Qəbələ rayonları ərazisində 3-4 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
- Yevlax - Şəki - Qax - Zaqatala yolu: Yağıntı yoxdur, Qax rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
-Şəmkir - Gədəbəy yolu: Gecə saatlarından başlayaraq marşrut boyu qar yağır, 4-9 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülür, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
- Gəncə - Daşkəsən yolu: Marşrut boyu zəif qar yağır. 8-10 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
- Ələt - Astara yolu: Yolun Cəlilabad-Astara hissəsində yağış yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
- Masallı - Yardımlı yolu: Masallı rayonu ərazisində sulu qar, Yardımlı rayonu ərazisində qar yağır, 1-2 dərəcə şaxta var. Hazırda yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
- Lənkəran - Lerik yolu: Lənkəran rayonu ərazisində sulu qar, Lerik rayonu ərazisində qar yağır, 5-6 dərəcə şaxta var. Hazırda yol qardan təmizlənir, qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
-Bakı - Ələt - Hacıqabul - Ucar - Yevlax - Gəncə - Qazax yolu: Yolun Gəncə-Qazax hissəsinə zəif qar yağır, yolda qar yoxdur. Yolboyu nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
-Hacıqabul - Bəhramtəpə - Horadiz yolu: Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Nəqliyyat 2023-02-09 14:33:00