×
A
A
A
Sazlamalar

“Beşiktaş” klubu növbəti transferini gerçəkləşdirib

Bakı, 9 fevral, AZƏRTAC

Türkiyənin “Beşiktaş” klubu növbəti transferini gerçəkləşdirib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, komanda Onur Bulutu heyətinə qatıb.
İyirmi səkkiz yaşlı müdafiəçi ilə 3,5 illik müqavilə imzalanıb.
O.Bulut bir müddət əvvəl “Kayserispor” klubu ilə müqaviləsini ləğv etmişdi.
Qeyd edək ki, “Beşiktaş” bundan əvvəl "Əl-Nəsr"dən Vensan Abubakarı heyətinə qatmışdı.

İdman 2023-02-09 04:10:00