×
A
A
A
Sazlamalar

“Qəbələ” klubu heyətinə yeni futbolçu cəlb edib

Bakı, 6 fevral, AZƏRTAC

“Qəbələ” klubu heyətinə yeni futbolçu cəlb edib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, “Qəbələ” qış transfer pəncərəsində Mərakeş əsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla 1,5 illik müqavilə imzalayıb.
İyirmi beş yaşlı futbolçunun son klubu 2021-ci ildə keçdiyi Belçika təmsilçisi “Virton” olub. O, karyerası ərzində “Lyers”, “Svope Park Reyncers” və “Lyers Kempenzone” klublarında da forma geyinib.
Allaş Mərakeşin U-20 milli komandasında da çıxış edib. O, 2015-ci ildə yığmanın şərəfini qoruyub.

 

 

 

İdman 2023-02-06 17:02:00