×
A
A
A
Sazlamalar

“Kəpəz”in sabiq hücumçusu karyerasını Şimali Makedoniyada davam etdirəcək

Bakı, 6 fevral, AZƏRTAC

Bir neçə gün əvvəl Gəncənin “Kəpəz” klubundan ayrılan Mixeil Erqemlidze karyerasını Şimali Makedoniyada davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, gürcüstanlı hücumçu “Akademiya Pandev” klubu ilə 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 23 yaşlı futbolçu “Kəpəz”ə mövsümün əvvəlində keçmişdi. O, Gəncə təmsilçisinin heyətində Premyer Liqada 14 matçda 2 qol vurub.

 

 

 

İdman 2023-02-06 15:59:00