×
A
A
A
Sazlamalar

Qurban Yetirmişli: Belə güclü zəlzələdən sonra afterşoklar bir neçə ay davam edə bilər VİDEO

Bakı, 6 fevral, AZƏRTAC

Türkiyədə baş verən zəlzələdən sonra maqnitudası 5-dən yuxarı olan 80-ə qədər afterşok qeydə alınıb. Onlardan ən güclüləri 6.4 və 6.6 bal olub. Hazırda afterşoklar davam edir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli fevralın 6-da keçirilən mətbuat konfransında deyib.
"Ola bilər ki, belə güclü zəlzələdən sonra afterşoklar bir neçə ay davam etsin. Lakin təcrübəyə əsasən deyə bilərəm ki, maqnitudasının yenidən 7.4 güclü olacağı ehtimal edilmir".

Ekologiya 2023-02-06 13:55:00

Video