Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, başsağlığında deyilir: "Türkiyədə baş verən güclü zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması xəbərləri məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır. Biz hər zaman qardaş Türkiyənin yanındayıq.
Bu faciə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm.
Allah rəhmət eləsin".
Qeyri-qanuni erməni birləşmələrinin kvadrokopterlə kəşfiyyat fəaliyyətinin qarşısı alınıb
Erməni silahlılarının fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb
Müdafiə Nazirliyi: Ordumuzun mövqeləri atəşə tutulub VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Azərbaycanın müdafiə naziri Türkiyənin yeni milli müdafiə nazirinə təbrik məktubu göndərib