Cəlilabadda ağır yol qəzası olub, ölən və yaralanan var
Cəlilabad, 5 fevral, İlkin Adıyev, AZƏRTAC
Cəlilabadda ağır yol qəzası baş verib, ölən və yaralanan var.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, fevralın 5-də Cəlilabad rayonunun Privolnoye kəndi ərazisində rayon sakini E.Əhmədovun idarə etdiyi “MAZ” markalı avtomobillə qarşıdan gələn “Ford” markalı avtomobil toqquşub. Nəticədə “Ford” markalı avtomobilin sürücüsü İ.Quliyev xəsarət alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, sərnişin N.Məmmədov isə aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Qazaxda 36 yaşlı piyadanı yük maşını vuraraq öldürüb
Füzulidə "Molla Nəsrəddin" komediyasının premyerası olub
Azərbaycan tarixinin önəmli bir dövrü Ulu Öndərin adı ilə bağlıdır
Şirvanda “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib