“Vugar Gashimov Fair Play Award”ın yeni sahibləri bəlli olub
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun adına təsis edilmiş “fair-play” mükafatının sahibləri Niderlandın Veyk-an-Zee şəhərində keçirilmiş “Tata Steel Chess” turnirində məlum olub.
Vüqar Həşimov Şahmat Fondundan AZƏRTAC-a bildiriblər ki, yarışın bağlanış mərasimində əsas və "challenge" yarışı üzrə fərqlənən qrosmeysterlər təltif ediliblər.
Fond tərəfindən təsis edilən mükafat əsas yarışda mübarizə aparan almaniyalı Vinsent Kaymer və "challenge"in iştirakçısı türk Mustafa Yılmaza verilib.
Hər iki şahmatçı bu mükafata ilk dəfə layiq görülüb.
Qeyd edək ki, “Vugar Gashimov Fair Play Award” 2016-cı ildən təqdim olunur.
Qurban Qurbanov: Dostluq və qardaşlıq oyununa hazırlaşırıq
Andrea Stella: Bakı mərhələsi üçün yeniliklər perspektivli görünür
Qara Qarayev: “Qalatasaray”ı qonaq etmək ölkə futbolu üçün əlamətdar hadisədir
“Zirə”nin futbolçusu Toni Qomes Qvineya-Bisau yığmasının heyətində meydana çıxıb
Eddi İsrafilov Azərbaycan milli komandasının düşərgəsindən ayrılacaq