Azərbaycan Ordusunda yeni tədris dövrünün məşğələləri keçirilir VİDEO
Bakı, 3 fevral, AZƏRTAC
Bu ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində yeni tədris dövrünün nəzəri məşğələləri keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məşğələlərdə hərbi qulluqçulara onların vəzifə borcu və qarşıya qoyulan tapşırıqlar, eləcə də silah-texnikanın xüsusiyyətləri, onların səmərəli istifadə olunması və təhlükəsizlik qaydaları çatdırılır.
Qeyd edək ki, qoşunların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasını təmin etmək məqsədilə yeni tədris dövründə Azərbaycan Ordusunun hərbi hissələrində döyüşə hazırolma vəziyyətinin yoxlanılması üzrə tədbirlər həyata keçiriləcək. Bölmələr “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edərək təlim mərkəzlərinə və ümumqoşun poliqonlarına hərəkət edəcəklər.
MN: Qarabağ iqtisadi rayonunda qanunsuz yolların çəkilməsi yolverilməzdir
Qeyri-qanuni erməni birləşmələrinin qanunsuz hərbi daşınması davam edir VİDEO
“Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” müsabiqəsi keçirilib
Azərbaycan MN: Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır