ETSN "Bakı KOB evi"ndə 9 istiqamət üzrə fəaliyyət göstərir
Bakı, 2 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən “Bakı KOB evi”ndə sahibkarlara 9 istiqamət üzrə xidmət göstərilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin xidmətlər su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə verilməsi, dövlət ekoloji ekspertizasından keçirilməli olan obyektlər barədə ekspert rəyinin verilməsi, atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə verilməsi, balıqovlama biletinin verilməsi, zooloji kolleksiyaların yaradılmasına, zənginləşdirilməsinə, onlarla ticarətə, belə kolleksiyaların Azərbaycan Respublikasına gətirilməsinə, onun hüdudlarından kənara göndərilməsinə və aparılmasına icazə verilməsi, kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti (dənizdən introduksiya, ixrac, təkrar ixrac və idxal) üçün icazə (sertifikat) verilməsi, yaşıllığın götürülməsi vərəqinin verilməsi, yerin təkindən faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə müəyyən sahələrə “Dağ-mədən ayırması” statusunun verilməsi və geoloji öyrənilmə məqsədilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsindən ibarətdir.
Sahibkarlar bu xidmətlər üçün ETSN-in “Bakı KOB evi”ndə xidmət göstərən mütəxəssislərinə müraciət edə bilərlər. Həmin xidmətlərin ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən KOB evlərində də həyata keçirilməsi planlaşdırılır.
Xəzərin Siyəzən rayonu akvatoriyasına qızılbalıq körpələri buraxılıb
Şahin quşlarını Qətərdən gətirib təbiətə buraxmaqla dünya faunasını da dəstəkləyirik
Azərbaycanda bioloji müxtəlifliyin qorunması və inkişafına növbəti töhfə
Bəzi bölgələrdə yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq