İki güləşçimiz "Zaqreb Open" turnirinin finalına yüksəlib
Bakı, 1 fevral, AZƏRTAC
Sərbəst güləşçilərimiz Əliabbas Rzazadə və Hacı Əliyev Xorvatiyada keçirilən "Zaqreb Open" turnirində finala yüksəliblər.
AZƏRTAC xəbər verir ki, turnirdə 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Ə.Rzazadə ardıcıl olaraq çinli Vanhao Zou, komanda yoldaşı İslam Bazarqanov və gürcüstanlı Beka Bujiaşviliyə qalib gəlib. Onun finaldakı rəqibi yaponiyalı Yuto Nişuçi olacaq.
H.Əliyev (70 kq) dörddəbir finalda gürcüstanlı Giorgi Eblakidzeni, yarımfinalda isə monqolustanlı Temulen Enktuyanı məğlub edib. O, həlledici görüşdə ABŞ təmsilçisi Alek Uilyam Pantaleonu sınağa çəkəcək.
Yığmanın 5 üzvü isə bürünc medal qarşılaşmasına çıxacaq. İ.Bazarqanov (57 kq) B.Bujiaşvili, Əli Rəhimzadə(65 kq) yaponiyalı Ryoma Anraku, Xadjimurad Qadjiyev (70 kq) hindistanlı Vişal Kaliramana, Cəbrayıl Qadjiyev (74 kq) macarıstanlı Murad Kuramaqomedov, Abubakr Abakarov (86 kq) isə ABŞ-dan olan Mark Hol ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, "Zaqreb Open"ə fevralın 5-də yekun vurulacaq.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir