Paytaxtda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakı, 31 yanvar, AZƏRTAC
Bakıda 104, 208 və 209 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilir.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, fevralın 1-i saat 08:00-dan 18:00-dək Suraxanı rayonu, Xanlar Ələkbərov və Səttar Bəhlulzadə küçələrinin kəsişməsində yerləşən qorunan dəmir yolu keçidində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Məhdudiyyətlərə görə 104, 208, 209 nömrəli marşrutların hərəkət sxemi dəyişdirilərək, müvəqqəti olaraq İlqar Məmmədov və Vladimir Balandin küçələrinin kəsişməsində yerləşən dəmir yolu keçidindən təşkil ediləcək.
Paytaxtın müxtəlif ərazilərində avtobusların hərəkət intervalında gecikmələr var
BNA küləkli hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına diqqətli olmağı tövsiyə edir
Paytaxtın müxtəlif ərazilərində avtobusların hərəkət intervalında gecikmələr var
Paytaxtın müxtəlif ərazilərində avtobusların hərəkət intervalında gecikmələr var