“Sumqayıt” klubu “Turan Tovuz”a qalib gəlib
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib.
AZƏRTAC xəbər verir ki, turun ilk oyununda “Sumqayıt” klubu “Kapital Bank Arena”da “Turan Tovuz”u qəbul edib. Matçda “Sumqayıt” 2:1 hesablı qələbə qazanıb.
Meydan sahibi komandanın heyətində Todor Todorski, Karim Abubakar, Tovuz təmsilçisindən isə Runi Eva fərqləniblər.
Bu qələbədən sonra xallarını 15-ə çatdıran “Sumqayıt” turnir cədvəlində “Kəpəz”i qabaqlayaraq səkkizinci olub. On yeddi xalı olan "Turan Tovuz" isə altıncıdır.
Qeyd edək ki, turun "Qarabağ" - "Şamaxı" və "Səbail" - "Kəpəz" matçları yanvarın 31-də, "Qəbələ" - "Sabah" və "Neftçi" - "Zirə" görüşləri isə fevralın 1-də oynanılacaq.
Bu gün Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsində ilk görüşünə çıxacaq
Yeddi cüdoçumuz Tbilisidə “Böyük dəbilqə” turnirində mübarizəyə başlayır
Azərbaycan boksçusu dünya çempionatını bürünc medalla başa vurub
Yığmamızın voleybolçusu Çağırış kuboku yarışlarında gümüş medal qazanıb