×
A
A
A
Sazlamalar

Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirilib

İmtahanın idarə olunması üçün 8 imtahan rəhbəri və 56 zal nəzarətçisi ayrılıb

Bakı, 29 yanvar, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 29-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanına hazırlaşanlar üçün sınaq imtahanı keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunub. İştirakçılara biliklərini yoxlamaq üçün zəruri şərait yaradılıb.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 3 saat davam edib. İmtahanın idarə olunması üçün 8 imtahan rəhbəri və 56 zal nəzarətçisi ayrılıb.
Sınaq imtahanı ilə bağlı DİM-də operativ qərargah da fəaliyyət göstərib və mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün binalarda təlimata uyğun təşkil olunub.
İmtahan nəticələrinin yaxın 2 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Elm və təhsil 2023-01-29 14:40:00