×
A
A
A
Sazlamalar

Seysmoloji Xidmət ilə Milli Aerokosmik Agentlik əməkdaşlığı genişləndirir

Bakı, 27 yanvar, AZƏRTAC

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ilə Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi məqsədilə qurumların nümayəndələri arasında növbəti görüş keçirilib.
Mərkəzin İnformasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə AMEA nəzdində RSXM-nin “Geodinamika” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov və “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika elmlər doktoru, professor Elçin İsgəndərzadə və institutun elmi işlər üzrə direktor müavini Rövşən Ramazanov iştirak ediblər.
Görüşdə RSXM və Aerokosmik Agentlik arasında əməkdaşlığın genişləndirilməsi, tərəflər arasında təcrübə mübadiləsinin aparılması, gələcəkdə İnSAR (interferometrik sintetik diyafram radarı) və GPS məlumatları sahəsində əməkdaşlıq, eləcə də gələcəkdə birgə layihələrdə iştirak kimi məsələlər müzakirə olunub.

Ekologiya 2023-01-27 18:12:00