×
A
A
A
Sazlamalar

Dünyaşöhrətli fotoqraf Reza Deqati Şah Dilidə

Bakı, 26 yanvar, AZƏRTAC

Azərbaycan əsilli, tanınmış fotojurnalist, dünyada məşhur fotoqraf Reza Deqati Abşeron Milli Parkını ziyarət edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dünyaya öz kamerasının “gözü” ilə baxan məşhur fotoqraf bu dəfə fokusu Şah Diliyə, ecazkar dəniz mənzərəsinə, “təbiət gözəli” flaminqolara yönəldib.
Səyahətləri ilə gördüklərini fotoyaddaşlara köçürən məşhur fotoqraf Abşeron yarımadasının cənub-şərq qurtaracağındakı foto təəssüratlarını da dünya ilə bölüşəcək.

Ekologiya 2023-01-26 17:18:00