Aşqabadda Xəzər dənizinin dibinin bölünməsi üzrə Birgə işçi qrupun iclası keçirilib
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 24-25-də Aşqabadda Azərbaycan Respublikası və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə Birgə işçi qrupun növbəti iclası keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Türkmənistan nümayəndə heyətinə isə Xəzər dənizi İnstitutunun direktoru, Xəzər dənizi məsələləri üzrə Türkmənistanın xüsusi nümayəndəsi Murad Atacanov rəhbərlik ediblər.
İclasda Azərbaycan Respublikası və Türkmənistanın aidiyyəti nazirliklərinin və ixtisaslaşmış qurumlarının nümayəndələri iştirak ediblər.
Birgə işçi qrupun iclası zamanı Azərbaycan Respublikası ilə Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş layihəsinin müddəalarının müzakirəsi davam edib.
Azərbaycanın Baş naziri Nobel sülh mükafatı laureatı Kailaş Satyarti ilə görüşüb
Baş nazir Əli Əsədov Albaniya Prezidenti Bayram Beqayla görüşüb
Azərbaycanla ABŞ arasında çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə olunub
Baş nazirin müavini Əli Əhmədov Monteneqronun əmək və sosial rifah naziri ilə görüşüb