×
A
A
A
Sazlamalar

Ölkə ərazisində köçəri və oturaq quşların say dinamikası izlənilir

Bakı, 24 yanvar, AZƏRTAC

Köçəri və oturaq quşların sayında olan dinamikanın izlənilməsi məqsədilə ölkə ərazisində quşların sayının hesablanması prosesi Abşeron, Şirvan, Ağgöl milli parklarında, Qarayazı Dövlət Təbiət Qoruğunda, Mahmudçala, Sarısu, Yaşma və Ağzıbir ovçuluq təsərrüfatlarında başa çatıb.
AZƏRTAC xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
F.Əliyevin sözlərinə görə, Azərbaycan Ornitoloji Cəmiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun və Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin mütəxəssislərinin iştirakı ilə hazırda proses digər ərazilərdə davam edir.

 

 

 

Ekologiya 2023-01-24 14:07:00