×
A
A
A
Sazlamalar

Ötən il minik avtomobili istehsalı azalıb

Bakı, 21 yanvar, AZƏRTAC

Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2022-ci ildə 522,7 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki illə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 3,9 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 68 faiz, maşın və avadanlıqların istehsalı isə 58,8 faiz artıb. 2022-ci ildə 2049 ədəd və ya 2021-ci illə müqayisədə 30 ədəd az minik avtomobili istehsal olunub. Dövr ərzində əvvəlki illə müqayisədə traktorların istehsalı 9,7 faiz azalıb.

Nəqliyyat 2023-01-21 18:53:00