×
A
A
A
Sazlamalar

Ötən il 1471 müəssisədə ekoloji müayinələr aparılıb

Bakı, 21 yanvar, AZƏRTAC

Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 1471 müəssisədə müvafiq müayinələr aparılıb və nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 34,9 faizində, atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 44,3 faizində, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə isə müayinəyə cəlb olunmuş müəssisələrin 42,4 faizində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunmuş 1521 nəfər vəzifəli şəxs və vətəndaşlardan 1859 min manat məbləğində cərimə tutulub.

Ekologiya 2023-01-21 10:47:00