×
A
A
A
Sazlamalar

Arçil Talakvadze: 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin rəmzidir

Tbilisi, 21 yanvar, AZƏRTAC

Gürcüstan parlamentinin sədr müavini Arçil Talakvadze 20 Yanvar faciəsi ilə bağlı tviter hesabında paylaşım edib.
AZƏRTAC xəbər verir ki, A.Talakvadze 20 Yanvar tarixini Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsinin rəmzi adlandırıb.
Siyasətçi deyib: “Bu gün biz Azərbaycan xalqı və hökuməti ilə birlikdə Qara Yanvar faciəsi qurbanlarının xatirəsini anırıq. Biz şəhid və yaralananların xatirəsini ehtiramla yad edirik. 1990-cı ilin 20 yanvarı Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin rəmzidir”.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

20 yanvar 2023-01-21 01:12:00