Nizami Kino Mərkəzində “20 yanvarda doğulanlar” filmi nümayiş olunub
Bakı, 20 yanvar, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşəbbüsü ilə çəkilmiş “20 yanvarda doğulanlar” bədii-sənədli filmi Nizami Kino Mərkəzində nümayiş olunub.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, xalqımızın qəhrəmanlıq salnaməsi olan 20 Yanvar hadisələri və bu hadisələr zamanı şücaət göstərmiş dənizçilərimizdən bəhs edən film böyük maraqla qarşılanıb.
Filmin ssenarisi hadisələrin iştirakçısı olmuş dənizçilərin açıqlamaları və xatirələri əsasında yazılıb. Həmçinin ssenarinin ərsəyə gəlməsində o dövrün araşdırmaçı tarixçiləri, peşəkar ssenaristlər və hərbi ekspertlər də yaxından iştirak ediblər.
Ekran işinin əsas qayəsi isə 33 il əvvəl şər qüvvələrə yox deyib, Azərbaycanın müstəqilliyinə canları-qanları bahasına nail olan xalqımız, o cümlədən dənizçilərin göstərdiyi şücaəti geniş auditoriyaya çatdırmaq və gələcək nəsillərə ötürməkdən ibarətdir.
Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov olan filmin ssenari müəllifləri Lalə Əliyeva, Yavər Rzayev, təsvir rejissorları Gints Berzinış, Nadir Mehdiyev, quruluşçu rəssamı Mamuka Esadze, baş prodüserləri Tural İbrahimov, Mehman Mehdiyev, icraçı prodüseri Aydın Hacıyevdir.
Latviyada Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib
Parisdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO
Səudiyyə Ərəbistanın nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb
“Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” xarici mediada
20 Yanvar faciəsi Özbəkistan mətbuatında geniş şəkildə işıqlandırılıb