×
A
A
A
Sazlamalar

Paytaxtda bu gün nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulan yollar açılıb

Bakı, 20 yanvar, AZƏRTAC

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulan yollar açılıb.
Bu barədə AZƏRTAC-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.
O deyib ki, paytaxt yollarında hərəkət tam olaraq açıqdır.
Qeyd edək ki, Ümumxalq Hüzn günü ilə əlaqədar bəzi yollarda hərəkət məhdudlaşdırılmışdı.

20 yanvar 2023-01-20 19:34:00