Dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 20 yanvar, AZƏRTAC
Yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, dövlət və hökumət rəsmiləri Azərbaycanın azadlığı uğrunda həlak olan qəhrəman Vətən övladlarının məzarları üzərinə tər güllər düzüb, əziz xatirələrini ehtiramla anıblar.
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib
Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir