×
A
A
A
Sazlamalar

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Bakı, 7 may, AZƏRTAC

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 7-də Kahramanmaraş vilayətində “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmiz 2023-cü il fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş vilayətində yeni məhəllənin tikintisinə dəstək göstərib.
2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində bununla bağlı imzalanmış hökumətlərarası Əməkdaşlıq Sazişinə uyğun olaraq layihənin həyata keçirilməsi üçün Azərbaycan hökuməti tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb.
Azərbaycan tərəfinin icraçı qurumu olan Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyətinin sədri Sadiq Sadıqov layihə çərçivəsində görülən tikinti işlərinin gedişi barədə Baş nazir Əli Əsədova məlumat verib.
Baş nazir tikinti işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Siyasət 2024-05-07 15:04:00