Anadolu Agentliyi: 20 Yanvar - Azərbaycanın müstəqilliyinin dönüş nöqtəsi
Ankara, 20 yanvar, AZƏRTAC
Türkiyənin Anadolu Agentliyi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı geniş məqalə və infoqrafika yayıb. Məlumat verilir ki, 20 Yanvar faciəsinin əsl səbəbkarı işğalçı Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və keçmiş Sovet İttifaqı rəhbərliyinin Azərbaycana göstərdiyi düşmənçilikdir.
AZƏRTAC xəbər verir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ-nin qoşun birləşmələrinin Azərbaycanda törətdikləri dəhşətlərdən bəhs edən məqalədə qanlı hadisənin təfərrüatı barədə Türkiyə ictimaiyyətinə geniş məlumat verilir.
“20 Yanvar: Azərbaycanın müstəqilliyinin dönüş nöqtəsi” sərlövhəli məqalədə Azərbaycana qarşı törədilən dəhşətli hərbi cinayətin səbəb və məqsədlərindən bəhs olunur.
Qanlı Yanvarın dəhşətlərini əks etdirən məqalədə diqqətə çatdırılır ki, törədilən cinayətlər təkcə Bakıda deyil, başqa şəhər və rayonlarda da davam edib.
Marneulidə “Milli dirəniş və azadlığa gedən yol” adlı fotosərgi və anım tədbiri keçirilib
Marneulidə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb
İİTKM-də 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi anılıb
20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir
Latviyada Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib