×
A
A
A
Sazlamalar

Səhiyyə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

Bakı, 20 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Səhiyyə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad edib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı nazirliyin yaydığı məlumatda deyilir: “Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Eyni zamanda, 20 Yanvar Azərbaycan xalqının həyatında dönüş nöqtəsi oldu.
1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol Qarabağ Zəfəri ilə ən şanlı zirvəyə çatıb. Ermənistanın işğal etdiyi torpaqlarımız 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.

20 yanvar 2023-01-20 16:15:00