×
A
A
A
Sazlamalar

Ukraynalı jurnalistlər Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər

Zəngilan, 19 yanvar, AZƏRTAC

Bir qrup ukraynalı jurnalist işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər zamanı Xudafərin körpüsünü ziyarət edən qonaqlara 30 ilə yaxın işğal dövründə burada həyata keçirilən qeyri-qanuni fəaliyyət haqqında da məlumat verilib.
Jurnalistlər “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Zəngilan rayonunun Ağalı kəndinə də gedərək, yaradılan şəraitlə tanış olublar.

Regionlar 2023-01-19 13:15:28