×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsinin səbəbkarları Azərbaycan xalqının mübarizliyi qarşısında geri çəkiliblər

Bakı, 18 yanvar, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və aparatın əməkdaşları, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, faciə şəhidlərinin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bu faciənin Azərbaycan tarixində unudulmaz yer tutduğunu, yaşından asılı olmayaraq şəhid olan vətəndaşlarımızın Vətənin azadlığı uğrunda canlarından keçdiyini bildirib. Dövlətimizin və xalqımızın şəhidlərimizi heç zaman unutmayacağını diqqətə çatdıran Muxtar Nağıyev onların müstəqilliyimizin əldə olunması istiqamətində ilk şəhidlərimiz olduğunu qeyd edib.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova çıxış edərək faciə haqqında fikirlərini bildirib. Dövlətimiz və Prezident İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin ailə üzvlərinin hər zaman diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Tarix üzrə fəlsəfə doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, Qərbi Kaspi Universitetinin müəllimi Cəbi Bəhramov faciənin Bakı ilə yanaşı, bölgələrimizdə də amansızcasına yaşandığını, lakin Azərbaycan xalqının mübarizliyi qarşısında faciə səbəbkarlarının geri çəkildiyini, Şəhidlər xiyabanının Azərbaycan xalqının müqəddəs ziyarətgah məkanına çevrildiyini qeyd edib.
"20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyinin sədri Maral Zamanova çıxış edərək qanlı faciənin ötən əsrin ən qanlı hadisələrdən biri olduğunu, yüzlərlə dinc əhalinin amansızcasına qətlə yetirildiyini söyləyib.
20 Yanvar şəhidləri Aslan Ağaverdiyevin nəvəsi Aslan Əzimzadə və Yusif Qasımovun həyat yoldaşı Reyhanə Meşkinçapaqani çıxış edərək hər zaman şəhidləri diqqət mərkəzində saxladıqları üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

20 yanvar 2023-01-18 17:10:00