×
A
A
A
Sazlamalar

20 Yanvar - xalqımızın tarixində ən şərəfli gün

Bakı, 18 yanvar, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ilk olaraq qətliam nəticəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İnstitutun icraçı direktoru professor Müşfiq Atakişiyev Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canını qurban vermiş şəhidlərin adının tariximizə əbədi həkk olunduğunu bildirib. Onun sözlərinə görə, 20 Yanvar hadisələri faciə kimi qeyd olunsa da, əslində xalqımızın tarixində ən qürurlu, ən şərəfli gündür. Qeyd edib ki, bu faciə ilə xalqımız onun müstəqillik və azadlıq mübarizəsinin qarşısını heç bir qüvvənin ala bilməyəcəyini bir daha dünyaya göstərdi.
İnstitutun əməkdaşları çıxış edərək 20 Yanvar hadisələri zamanı şahidi olduqları hadisələrdən, o dövrdə xalqımızın qəhrəmanlığından, şücaətindən, xalqın milli azadlıq hərəkatından danışıb, dövlət müstəqilliyimizin əldə olunmasını, qorunmasını və möhkəmləndirilməsini böyük tarixi nailiyyət kimi qeyd ediblər. O dövrün ictimai-siyasi proseslərinə diqqət çəkərək faciənin başvermə səbəblərindən, xalqımızın həmin ağır günlərdə biliyindən, insanların azadlıq mübarizəsindən, fədakarlığından söz açıblar. Qarabağ Zəfəri ilə bütün şəhidlərimizin ruhlarının şad olunduğu vurğulanıb.

20 yanvar 2023-01-18 15:18:00