İşlənmiş batareyaların təhvil məntəqələrinin sayı artırılır
Bakı, 16 yanvar, AZƏRTAC
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində toplama məntəqələrinin sayı artırılaraq PMD şirkətlər qrupuna daxil olan biznes və ticarət mərkəzlərində (“Çinar Plaza”, “Dalğa Plaza”, “Bayıl Plaza”, “BEGOC” Biznes Mərkəzi, “Şərq Bazarı”, “Zefir Mall”, “PMD Group” mərkəzi ofis) batareya qutuları yerləşdirilib.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı Ürəklər” Fondu tərəfindən 2022-ci ilin may ayından etibarən start verilən layihə çərçivəsində ötən il ərzində 297 kiloqram işlənmiş batareya təhvil alınıb. “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinin məqsədi işlənmiş və ya istifadəyə yararsız elektrik batareyalarını digər tullantılardan ayırmaq, toplayıb çeşidləyərək xüsusi şəraitdə zərərsizləşdirilməsinə dəstək olmaq, onların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini minimuma endirməkdir.
Nazirlik hər kəsi həmin mövzuya xüsusi həssaslıq göstərməyə və işlənmiş batareyaları qutulara atmaqla batareyaların utilizasiyasına və ətraf mühitin qorunmasına dəstək olmağa çağırır.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb