×
A
A
A
Sazlamalar

ADY: 605 ədəd konteyner platformasının alınması üzrə satınalma prosesinə başlanılıb

Bakı, 16 yanvar, AZƏRTAC

Ötən il ərzində “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən hərəkət tərkibinin yenilənməsi və ya əsaslı təmir olunması istiqamətində böyük həcmli işlər görülüb.
ADY-dən AZƏRTAC-a bildirilib ki, 10 ədəd “FLIRT” tipli sərnişin qatarlarının alınması üzrə imzalanmış müqaviləyə əsasən qatarların 2023-2024-cü illərdə Bakıya çatdırılması planlaşdırılıb. Yeni qatarlar Abşeron dairəvi dəmir yolu və regionlar üzrə sərnişin daşımalarının daha intensiv və keyfiyyətli təşkil olunmasına önəmli töhfə verəcək.
Eyni zamanda, tranzit yükdaşımaları sahəsində artan tələbatı qarşılamaq məqsədilə 605 ədəd konteyner platformasının alınması üzrə satınalma prosesinə start verilib. Bununla yanaşı, tranzit yük daşımalarını təmin etmək üçün yetərli sayda magistral və manevr lokomotivlərinin alınması və əsaslı təmiri istiqamətində bir sıra vacib qərarlar qəbul olunub.

Nəqliyyat 2023-01-16 15:25:00