×
A
A
A
Sazlamalar

Ötən il ən çox ziyarət olunan milli parklar Göygöl, Abşeron və Şahdağ milli parklarıdır

Bakı, 13 yanvar, AZƏRTAC

Ötən il milli parkları 276 mindən çox turist ziyarət edib. Ən çox ziyarət olunan milli parklar Göygöl, Abşeron və Şahdağ milli parklarıdır.
AZƏRTAC xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Milli parklara turist axınının ilbəil artıdığını bildirən xidmət rəisi bunu yaradılan infrastrukturla əlaqələndirib.

Ekologiya 2023-01-13 10:45:00